BAŞ NAZİR ƏLİ ƏSƏDOV ÖZBƏKİSTANA İŞGÜZAR SƏFƏR EDİB

İyunun 16-da Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.