
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.