Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Naizrlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edildi.
Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.