BAŞ NAZİR ƏLİ ƏSƏDOV ÇİNİN YENİ BAŞ NAZİRİNİ TƏBRİK EDİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq, əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.