BAŞ KATİBİN MÜŞAVİRİ: AZƏRBAYCAN NATO-NUN YAXIN TƏRƏFDAŞIDIR

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır. Bizim əlaqələrimizin tarixi 1992-ci ilə gedir.

Bunu bu gün ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı deyib.

O xatırladıb ki, 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşulub.

“Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma var və hər ikisi beynəlxalq təhlükəsizliyə qarşılıqlı töhfə verir”- deyə o əlavə edib.