
Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axınının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bütün bu tənzimləmələrə baxmayaraq, bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur ki, yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.