
Həftəsonu əhalinin bölgələrə, bağ massivlərinə, istirahət məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyinin artdığı müşahidə olunur.
Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirləri gücləndirilsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.