“BAKMİL” STANSİYASINA VƏ ƏKSİNƏ QATARLARIN HƏRƏKƏT CƏDVƏLİ DƏYİŞDİRİLİR

Sentyabrın 15-dən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə dəyişikliklər edilib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dəyişiklik Bakı metropolitenində qatarların hərəkətinin payız-qış qrafikinə keçid ilə bağlıdır.

Məlumata görə, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilir.

Yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.