
Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin rəsmi saytı (www.bakuartweekend.az) artıq fəaliyyətdədir. Saytda festivalın proqramı da incəsənətsevərlərin ixtiyarına verilib.
Üç gün davam edəcək festivalın proqramında şəhərimizin müxtəlif ünvanlarında keçiriləcək 40-dan çox tədbir yer alıb.
Festivalda iştirak üçün saytda qeydiyyatdan keçmək mütləqdir və bu xidmət artıq bu gündən aktivdir. Qeydiyyatdan keçən hər kəsin e-mail ünvanına QR kod göndəriləcək. Festivalın əsas dəstəkçilərindən olan RİİB könüllüləri festival müddətində QR kodların yoxlanılması və ümumilikdə iştirakçıların düzgün istiqamətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda, festival zamanı uşaqlar üçün təşkil olunacaq əyləncəli proqramda iştirak edəcək hər bir uşağın valideynləri qeydiyyatdan keçməlidir. Festival zamanı bütün fəaliyyətlər ödənişsizdir.
Əlavə məlumat və suallar üçün info@bakuartweekend.az ünvanına müraciət edə bilərsiniz.