BAKININ SU İLƏ TƏMİNATI MƏRHƏLƏLİ QAYDADA TƏMİN EDİLİR

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır.Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.