BAKININ BU YERLƏRİNDƏ YERLƏŞƏN İŞIQFORLARDA VELOSİPED BÖLMƏLƏRİNİN QURAŞDIRILMASI İŞLƏRİ YEKUNLAŞIB

Fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

“Bu çərçivədə R. Behbudov – Ş. Bədəlbəyli küç., Ş. Bədəlbəyli – S. Rüstəm küç., Azərbaycan pr – Ç. Mustafayev küç., M. Əliyev – S. Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb”,- deyə qurumdan məlumat verilib.