BAKIDAKI DÜNYA KUBOKUNDA İŞTİRAK EDƏCƏK AZƏRBAYCAN GİMNASTLARI MÜƏYYƏNLƏŞİB

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova qüvvəsini sınayacaq.

Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda bacarığını nümayiş etdirəcək.

Turnirdə 42 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarış aprelin 19-21-də baş tutacaq.