Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında medal qazanan Azərbaycan atletləri mükafatlandırılıblar.
25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə birinci yer tutan Nigar Nəsirovaya qızıl, ikinci yerin sahibi olan Nərminə Səmədovaya isə gümüş mükafat təqdim edilib.
Fəxri kürsünün üçüncü pilləsinə qalxan monqolustanlı Xişiqderger Enxbat isə bürünc medal alıb.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1–də yekun vurulacaq.