BAKIDA ZƏFƏR AVTOYÜRÜŞÜ KEÇİRİLİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillərlə təmin edilən Vətən Müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşünə start verilib.

Yürüşə Fəxri Xiyabanın qarşısında başlanıb.

Vətən müharibəsi qazilərindən ibarət heyət Azərbaycan və Türkiyə bayraqları asılan avtomobillərlə yürüşə başlayıb. Yürüş iştirakçıları əvvəlcə I Fəxri xiyabandan II Fəxri xiyabana yollanaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarını ziyarət edib. Avtoyürüş yürüş Heydər Əliyev Mərkəzinin qarşısına qədər davam edib.

Avtoyürüşdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak edib.