BAKIDA YENİ SOSİAL MƏNZİLLƏRİN İNŞASINA BAŞLANIR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayacaq

Bu barədə etender.gov.az saytında bildirilib.

Məlumata görə, yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.

Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.