BAKIDA VƏ ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ HAVA ARABİR YAĞINTILI OLACAQ

Azərbaycanda aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3°-dək isti, gündüz 6-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 10-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.