BAKIDA TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASINA ÜZV DÖVLƏTLƏRİN BAŞ PROKURORLARI ŞURASININ İLK İCLASI KEÇİRİLİR

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası işə başlayıb.

İclasda Türkiyə, Özbəkistan və Qırğız respublikalarının Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türk Şurası Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edirlər.

Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.