BAKIDA TÜRK ŞURASININ İNFORMASİYA VƏ MEDİA ÜZRƏ MƏSUL RƏSMİLƏRİNİN TOPLANTISI KEÇİRİLİR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin bu gün Bakıda 3-cü toplantısı keçirilir.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunur.

Daha sonra iclas iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.