BAKIDA TÜRK ŞURASI ÖLKƏLƏRİNİN İQTİSADİYYAT NAZİRLƏRİNİN İCLASI BAŞLAYIB

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.

İclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.

İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq. Bundan başqa, Türk Şurasının 2-ci biznes mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.

Nazirlər, həmçinin Türk Şurasının Budapeşt və Bişkekdə keçiriləcək işgüzar və investisiya forumlarının təşkili məsələlərini müzakirə edəcəklər.