BAKIDA TOFİQ QULİYEVİN ABİDƏSİ UCALDILACAQ – SƏRƏNCAM

Prezident İlham Əliyev Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

– Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın.

– Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.