
Binəqədi rayonunda baş verən partlayışla əlaqədar 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə AYNA məlumat yayıb.
Qeyd edək ki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib. nəticədə 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb, 3 nəfər dağıntılar arasından sağ çıxarılıb.