BAKIDA PARİS OLİMPİADASINA LİSENZİYA XARAKTERLİ ATLETİKA YARIŞI KEÇİRİLƏCƏK

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.

Atletika Federasiyasından (AAF) verilən məlumata görə, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından idmançılar öz güclərini sınayacaqlar.

Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.

Respublika Olimpiya Mərkəzində startı veriləcək yarış fevralın 2-3-də baş tutacaq.