Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə iyulun 20-dən 23-dək ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək.
Nazirlikdən bildirilib ki, bu münasibətlə Bakıda təşkil olunacaq tədbirlərdə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Bu gün Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi olacaq. Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq. Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər. İyulun 23-də saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək.
Seanslara giriş sərbəstdir.