Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.
Bu titula beşqat dünya çempionu, norveçli Maqnus Karlsen sahib çıxıb.
O, finalda hindistanlı Rameşbaba Praqnanandxanı məğlub edərək, karyerasında ilk dəfə dünya kubokunu qazanıb.
Üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya uduzan Azərbaycan şahmatçısı Nicat Abasov isə dördüncü yerlə kifayətlənib.