BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ ASTRONAVTİKA KONQRESİ: İLON MASK SUALLARI CAVABLANDIRIR

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

“Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub.

Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilir.

İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırır.

İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak edir.