BAKIDA KEÇİRİLƏN “ASAP FORUM 2022” ADLI TƏDBİRİN İŞTİRAKÇILARI ULU ÖNDƏRİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİBLƏR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Bakıda keçirilən “ASAP Forum 2022” adlı tədbirin iştirakçıları iyulun 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Şəhidlər xiyabanına gələn forum iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə tər çiçəklər qoyublar.