BAKIDA KEÇİRİLƏCƏK ŞAHMAT ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARI İLƏ BAĞLI MÜQAVİLƏ İMZALANIB

İyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışları ilə bağlı müqavilə imzalanıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç və Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov dünya kuboku yarışlarının rəsmi sözləşməsinə qol çəkiblər.