
Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatında bəzi ölkələrin yığması debüt edəcək.
Dünya Minifutbol Federasiyası xəbər verir ki, 32 milli komandadan 7-si mundialda ilk dəfə mübarizə aparacaq. Bunlar Çad, İsrail, Türkiyə, Polşa, Sloveniya, Özbəkistan və Mavritaniya komandalarıdır.
Mavritaniya ilə Sloveniya yığmaları Azərbaycan millisinin yer aldığı A qrupunda qərarlaşıb.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Turnirin son qalibi Rumıniya komandasıdır.