BAKIDA İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN İLK TƏDRİS KORPUSLARININ AÇILIŞI OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, Birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.