BAKIDA İKİ KÜÇƏNİN KƏSİŞMƏSİNDƏ HƏRƏKƏTİN TƏŞKİLİNDƏ DƏYİŞİKLİK EDİLİB

Nərimanov rayonu Sabit Rəhman küçəsi – Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski – Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti – Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib.

Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.