
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnir yarışlarının ikinci günü keçirilir.
Turnir “yeniyetmələr”, “gənclər”, eləcə də “böyüklər” yaş kateqoriyaları arasında keçirilir.
Turnirin ikinci günü kvalifikasiya yarışları keçirilir – kişi idman gimnastikasının nümayəndələri gimnastika atı, köndələn tir üzərində hərəkətlər, eləcə də dayaq tullanışı, qadın idman gimnastikasının nümayəndələri isə sərbəst hərəkətlər və gimnastika tiri üzərində hərəkətlərlə çıxış edəcəklər.
Bu gün gimnastların çıxışlarının yekunlarına əsasən iki kvalifikasiyada çoxnövçülük və komanda yarışında qaliblər və medalçılar müəyyənləşəcək.
Qeyd edək ki, idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.