
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun açılış mərasimi keçirilir.
Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə edilməsi, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.
Forum açılış mərasimindən sonra işini “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi, “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiyalarla davam etdirəcək.