BAKIDA “HÜQUQ MÜNASİBƏTLƏRİNDƏ TRANSMİLLİ ASPEKTLƏR: MÜASİR ÇAĞIRIŞLAR VƏ HƏDƏFLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSI KEÇİRİLİR

Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransı keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumları iştirak edir.

Beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlər müzakirə edilir.

Xatırladaq ki, konftans Azərbaycan tərəfinin sədrliyi çərçivəsində cari ilin 17–18 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ) təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirir.