BAKIDA FORMULA 1 YARIŞININ KEÇİRİLƏCƏYİ PROSPEKT VƏ KÜÇƏLƏRDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ İYUNUN 6-DA MƏHDUDLAŞDIRILACAQ

Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti iyunun 6-da gecə saat 01:00-dan etibarən məhdudlaşdırılacaq.
Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov iyunun 3-də təşkil olunan brifinqdə deyib.
T.Teymurov bildirib ki, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq. Hərəkət məhdudiyyəti üç zonada tətbiq ediləcək.