BAKIDA “FORMULA 1” AZƏRBAYCAN QRAN PRİSİNİN AÇILIŞ MƏRASİMİ BAŞ TUTUB

Bakıda “Formula 1” Azərbaycan Qran Prisinin açılış mərasimi baş tutub.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün açılış mərasimi dövlət himni ilə başlayıb.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.