BAKIDA BİRİNCİ TÜRK DÖVLƏTLƏRİ KARDİOLOJİ QURULTAYI KEÇİRİLİR

Aprelin 20-də Bakıda l Türk Dövlətləri Kardioloji Qurultayı işə başlayıb.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən Birinci Türk Dövlətləri Kardioloji Qurultayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər ölkələrin kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin rəhbər və nümayəndələri iştirak edirlər.