
Sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq Oğuz Türkcəsi konfransının açılış mərasimi olub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
Konfransda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, elmi ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Tədbir öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirəcək. Həmçinin beynəlxalq konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edəcəklər.