
“Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək : Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda 20 ölkədən 40-dan çox qonaq iştirak edir.
Tədbirdə həmçinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya, Türkiyə Böyük Millət Məclisinin üzvləri, beynəlxalq ekspertlər, professorların məruzələri dinləniləcək.
Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.