BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNA START VERİLİB

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Turnirdə 39 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparırlar.

İdmançılar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirirlər.

Azərbaycanı fərqi proqramda çıxış edən Kamilla Seyidzadə ilə Zöhrə Cəfərova və qrup hərəkətləri komandası təmsil edir.

Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, yarışlara aprelin 20-də yekun vurulacaq.