
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışlarının yekun günü keçirilir.
Bu gün ayrı-ayrı növlər üzrə final yarışları keçirilir.
Finalda “yeniyetmələr” (2011-ci il təvəllüdlü), “gənclər” (2009-2010-ci il təvəllüdlü) və “böyüklər” (2008-ci il və daha böyük təvəllüdlü) yaş kateqoriyalarında çıxış edən gimnastlar lent, halqa, gürz və topla hərəkətlər nümayiş etdirirlər.
Yarışlarda, həmçinin, “gənclər” (2009-2010-ci il təvəllüdlü) arasında qrup hərəkətlərində çıxış edən komandalar beş halqa və beş cüt gürzlə hərəkətlər nümayiş etdirirlər.
Qeyd edək ki, yarışlar 21-23 mart tarixlərində keçirilir. Yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.