BAKIDA AZƏRBAYCAN-MACARISTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ 10-CU İCLASI KEÇİRİLİR 

Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilir.

İclasda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.