BAKIDA AZƏRBAYCAN DİPLOMATİK XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİNİN İCLASI KEÇİRİLİR

Bakıda Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin iclası keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabındakı paylaşımda deyilir.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak edirlər.