BAKI TREKİ SABAH BEYNƏLXALQ AVTOMOBİL FEDERASİYASINA TƏHVİL VERİLƏCƏK

Formula 1 Azərbaycan Qran Prisinin treki iyunun 8-də Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil veriləcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, FİA iyunun 9-da trekdə yoxlamalar keçirəcək. Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.