BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİ ÜZƏRİNDƏ TEPLOVOZ AŞIB

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

ADY-dən bildirilib ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq, əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.