BAKI TƏŞƏBBÜS QRUPUNUN TƏŞKİLATÇILIĞI İLƏ “AFRİKADA FRANSANIN NEOKOLONİALİZM SİYASƏTİNƏ” HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər.