BAKI-SUMQAYIT YOLUNDA XÜSUSİ ZOLAĞIN TƏŞKİLİ AVTOBUSLARIN HƏRƏKƏT MÜDDƏTİNİ AZALDIB

Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, buna müvafiq olaraq sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb.