Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyəti dayandırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq bu barədə yerli icra hakimiyyəti orqanları müvafiq sərəncam verib.
Bakı Şəhər İcra Hakimiyyətindən də məlumatı Trend-ə təsdiqləyiblər.