BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİNİN MÜDİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

Bu barədə müvafiq əmr imzalanıb.

Daha bir əmrlə M.Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.

Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.