BAKI-QUBA YOLUNDA ZƏDƏLƏNMİŞ PİYADA KEÇİDİ TƏMİR OLUNACAQ

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrində yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.