BAKI-QAZAX-BAKI MARŞRUTU ÜZRƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

Qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Həmçinin qeyd olunan tarixlərdə bu marşrut üzrə ənənəvi qrafik də qüvvədə olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.